Maksim Medvedevin durumuna aydınlıq gəldi

16:16 - 22 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"lə səfər oyununda zədə alan "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin durumuna aydınlıq gəlib.  

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun vitse-kapitanı ötən gün tibbi müayinədən keçib. 28 yaşlı futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Medvedev 3 gündən sonra məşqlərə başlayacaq.

 

Maksim Topaz Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək. 

Xəbər xətti