"Zirə" - "Neftçi" oyununda gərgin anlar: Samir Abasovla Roberto Bordin söyüşə görə qovuldular FOTO

21:32 - 22 Sentyabr 2018

Topaz Premyer Liqasının V turu çərçivəsində baş tutan "Zirə" - "Neftçi" oyunun ilk hissəsinin son dəqiqələrində gərgin hadisələr yaşanıb.  

 

Sportal.az xəbər verir ki, komandaların baş məşqçiləri arasında mübahisə olub. Belə ki, "Neftçi"nin baş məşqçisi Samir Abasovun hakimin qərarına etirazını "Neftçi"nin çalışdırıcısı Roberto Bordin qəbul etməyib və italiyalı mütəxəssis uzaqadan həmkarına əl-qol jestləri edib.

 

Onun bu hərəkətlərini daima çılğın hərəkətləri ilə yadda qalan Samir Abasov qəbul etməyib. "Zirə"nin çalışdırıcısı rəqib həmkarını söyüb və Bordin də ona cavab verib.  Baş verənlərdən sonra baş hakim Rauf Cabbarov hər iki məşqçini texniki zonadan qovub. 

 

Daha sonra Roberto Bordin tribunada Samir Abasova yaxınlaşıb və vəziyyəti müzakirə ediblər. Məşqçilər əl sıxaraq, bir-birini anlamağa çalışıblar.

 

Xəbər xətti