Samir Abasov: "Ömər Paşayev məzuniyyət götürsəydi, rahat olardım"

23:02 - 22 Sentyabr 2018

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının V turunda “Neftçi” 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis öncə oyun barədə danışıb:

 

- "Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Komanda şəkilində irəliləyiş olduğunu hiss edirəm. Bəzi oyunçular var ki, onlardan narazıyam. Əgər qələbə qazanmaq istəyirsənsə, ürəyini, ruhunu meydana qoymalısan. Bəzi futbolçular fikirləşir ki, məşqçi deyəcək, biz qalib gələcəyik. Ancaq belə deyil. Ürəyimizi ortaya qoysaydıq, “Neftçi”ni məğlub edə bilərdik. Bugünkü nəticəyə görə təəssüflənirik, məğlub olmamalı idik.

 

- Oyunun dördüncü hakimi Ömər Paşayev daima sizi ehtiyat oyunçular skamiyasından uzaqlaşdırır. Onunla nə probleminiz var?

- Ömər Paşayev may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamiyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı.

 

- Bir neçə dəfə texniki zonadan uzaqlaşdırılmısınız. Bunun səbəbi nədir? 

- Sakit ola bilmirəm. Bu, əsəb deyil. Mən həmişə belə olacam. İstəyirəm ki, futbolçularım da mənim kimi olsun. Bəlkə də, mən ehtiyat oyunçular skamiyasında olsaydım, komanda məğlub olmayacaqdı.

Xəbər xətti