Millimizin üzvündən məhsuldar ötürmə, komandası qalib gəldi

12:25 - 23 Sentyabr 2018

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” səfərdə “Adanaspor”u 2-1 hesabı ilə məğlub edib.

 

Ufuk start heyətdə yer alıb və sonadək oynayıb. Budak komandasının ikinci qolunda məhsuldar ötürmə edib.

 

“Boluspor” hazırda 16 xalla 18 iştirakçı arasında ikinci pillədədi.

Xəbər xətti