Sənan Qurbanov: "İlk növbədə günahkar özüməm"

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının V turunda səfərdə “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, gənc çalışdırıcı öncə oyunla bağlı danışı:

 

- Uğursuzluğa son qoya bilmirik. Oyunumuzda inkişaf olsa da, heç kim bunu başa düşməyəcək. Çünki hamı “Qəbələ”dən qələbə gözləyir. Futbolçularım yaxşı oynamağa çalışsa da, səhvlər etdik. Uzun müddətdir komandadayam, heç kim istəmir “Qəbələ” məğlub olsun. Vəziyyəti düzəltməyə çalışacağıq. Cəzalanmalı futbolçular cəzalanacaq.

 

- Hər oyuna qələbə qazanmaq üçün çıxdığınızı deyirsiniz. Rəqib hansı heyətlə meydana çıxmalıdır ki, “Qəbələ” qələbə qazansın?

- “Qarabağ” ikinci heyətlə oynamırdı. Bütün futbolçular “Qarabağ”a lazımdır.

 

- Bu nəticələrə görə günahkar kimdir?

-Komandanın başında mənəm, ilk növbədə günahkar özüməm. Ancaq çalışırıq, vəziyyəti düzəltmək üçün mübarizə aparırıq. Əlimizə düşən imkanlardan yararlansaq, belə danışmarıq. Məğlubiyyətə səbəbkar özüməm.

 

- İstefaya göndəriləcəyinizlə bağlı xəbərlər yayılıb.  Bu, doğrudur?

-“Qəbələ” üçün xeyirlisi nə olsa, ilk addımı mən atacam. Rəhbərliyin qərarına hörmətlə yanaşacam. Amma nə qədər ki, burdayam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

Tarix: 23 Sentyabr [22:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio