Qurban Qurbanov: "Bundan sonra onu sosial şəbəkələrdə az görəcəksiniz"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının V turunda “Qəbələ”yə 4-1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçla bağlı danışıb:

 

- Çox vacib qələbə qaznadıq. Hər üç gündən bir oyun keçiririk, buna görədə heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər.

 

- “Qarabağ”ın ikinci heyətinin “Qəbələ”ni böyükhesabla məğlub etməsi sizi üzmədi?

- Deməzdim. Bundan öncəki turda “Sumqayıt”a çox çətinliklə qalib gəlmişdik. Qol epizodlarından istifadə etdik, futbolçularımız daha dəqiq oynadılar.

 

- Mahir Mədətov sosial şəbəkədə azarkeşlərin tənqidinə kəskin reaksiya verib. Onunla bu barədə söhbət etmisiniz?

- Mahirin adı son zamanlar tez-tez hallanır. Bu məsələlərdən məlumatım var.  Əlbəttə, istəmərəm ki, belə hallar olsun. Söhbətimiz olub. İnanıram ki, bundan sonra onu sosial şəbəkələrdə az-az görəcəksiniz. Futbolçuların, insanların fikri sosial şəbəkələrə həddindən artıq çox qalıb.  Bu da bizim işimizə çətinlik yaradır.

 

- Oyunun son dəqiqələrində qalmaqal baş verdi. Buna reaksiyanız necədir?

- Əfsuslar olsun ki, belə hallar oldu. Bu hərəkətləri xoşlamıram, xüsusən də millinin futbolçuları bunu edəndə. Ancaq başa düşmək olar, rəqib məğlub durumda idi. Futbolçu həmin epizodda gələcək oyunları düşünməlidir. Çünki bu oyun əldən gedib, digər matçda komandasına kömək edə bilər. Mən belə halları bəyənmirəm. Millinin futbolçuları digər oyunçulardan fərqlənməlidirlər.

 

- Araz Abdullayev bu gün mərkəz hücumçusu kimi oynadı. Bundan sonrakı oyunlarda da onu bu mövqedə sınayacaqsınız?

- Araz unuversal futbolçudur. Hücumda daha yaxşı oynamağı bacarır. Bu gün əlimizə şans düşdü, yoxladıq və özünü yaxşı tərəfdən göstərdi. Gələcək oyunlarda bir neçə mövqedə ondan istifadə edə bilərik.

 

- Demək olar ki, rəqibi bütün komponentlərdə üstələdiniz. Belə qələbə gözləyirdiniz?

- Məndə heç vaxt belə fikir olmayıb ki, böyük hesabla qələbə qazanacağıq. Bu cür düşüncə bizə mane ola bilər. Çalışmışıq ki, sona kimi nizam-intizamı qoruyub saxlaya bilək. Belədə uğur da səninlə olur. Bu cür hesablar nadir hallarda olur çempionatımızda. Sənan Qurbanovla görüşdüm matçdan sonra, bir az pis olmuşdu. Ona səbrli olmağı arzulayıram. Mən də məşqçiliyə yeni başlayanda əks fikirlər çox idi. O da bacarıqlıdı. İnanıram ki, yaxşı nəticələr əldə edəcək.

Tarix: 23 Sentyabr [22:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio