Abdullah Zubir: "Sportinq"ə məğlubiyyətdən sonra vəziyyəti pozitiv etmək istəyirdik" MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turunda "Qarabağ" "Qəbələ"ni 4-1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra qarşılaşmada iki qol vuran "Qarabağ"ln futbolçusu Abdullah Zubir jurnalistlərə müsahibə verib. Mərakeş əsilli fransalı vinqer öncə oyunla bağlı danışıb:
 
- Uğurlu nəticə üçün xoşbəxtəm. Eyni zamanda, komand baxımlı oyun nümayiş etdirdi. Bu, gələcək oyunlarımız üçün yaxşı olacaq.
 
- Dubla imza atdın və “Qarabağ” forması ilə ilk qollarını vurdun.
- Çox sevincliyəm. Hər şeydən önəmli olan komandanın nəticəsidir. Qolum elə də vacib deyil. Uğurlu nəticələr bizə daha çox lazımdır.
 
- Çempionluq uğrunda əsas rəqib kimi hansı komandanı görürsən?
- Məncə, kimisə qeyd etmək olmaz. Hələ marafonun sonuna çox var. Oyunlar çətin keçir. Rəqiblər bizə qarşı xüsusi hazırlaşırlar. Oyundan oyuna qalib gəlməliyik.
 
- “Neftçi” liderdir. Onları qeyd etmirsən?
- Xeyr.
 
- “Sportinq”ə məğlubiyyətdən sonra bu oyunda qalib gəlmək nə dərəcədə vacib idi?
- Çox önəmli idi. Vəziyyəti pozitiv etmək istəyirdik. Çox sevinirik ki, bunu bacardıq.
 
- Komandaya yeni gələndə daha çox fərdi oynayırdın. Amma getdikcə daha çox komanda oyununa üstünlük verirsən.
- Məncə, belə deyil. Öz oyunumu göstərirəm. İndi komandaya uyğunlaşmışam.
 
- “Qarabağ”ı sıx qrafik gözləyir. 10 gün ərzində “Zirə”, “Sabah” və “Arsenal”la qarşılaşacaqsınız. Bunun öhdəsindən gələ biləcəksiniz?
- Bu, futboldur, oynamalıyıq. Avropada da 3 gündən bir oyuna çıxırlar. Meydana çıxıb, nəticə qazanmalıyıq.
Tarix: 23 Sentyabr [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio