İlin ən yaxşıları açıqlanır

FIFA bu gün 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisinin adını açıqlayacaq.

 

Sportal.az xəbər verir ki, ən yaxşı futbolçuya təqdim edilən "The Best" mükafatına Luka Modriç ("Real", Xorvatiya), Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) və Məhəmməd Salah ("Liverpul", Misir) namizəddir.

 

Ən yaxşı məşqçi adına Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real"ın sabiq baş məşqçisi) və Zlatko Daliçdir (Xorvatiya millisi) iddialıdır.

 

Tədbirdə ən yaxşı qadın məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bununla yanaşı, ilin rəmzi komandası da açıqlanacaq.

 

Qeyd edək ki, Londonda keçiriləcək tədbir Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Tarix: 24 Sentyabr [11:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio