Denis Silva Premyer Liqamızın tarixinə keçdi

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının V turunun “Sumqayıt”la matçına (1:2) təsadüf edib. 32 yaşlı futbolçu yarışın tarixinə 250 və daha çox oyun keçirən 57-ci futbolçu və ilk cənubi amerikalı kimi düşüb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”da debüt edən Denis sonradan “Neftçi” və “Keşlə”də (əvvəl “İnter”) də forma geyinib. O, ümumilikdə 250 matçda 12 qol vurub.

 

Müdafiəçi cənubluların heyətində 42 (3 qol), ağ-qara formada 116 (6 qol), indiki klubunda 92 (3 qol) oyunda meydana çıxıb.

Tarix: 24 Sentyabr [13:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio