Tarixdə 102-ci, Topaz Premyer Liqasında 62-ci

Topaz Premyer Liqasının 5-ci turu Adrian Skarlatakenin “Zirə”də debütü ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, düzdür, rumıniyalı müdafiəçi ötən turda da iştirak etmişdi. Lakin “Səbail”lə matçın nəticəsi (1:1) ləğv olunduğundan, Adrianın debütü “Neftçi” ilə qarşılaşmada (1:2) rəsmiləşib.

 

Skarlatake “Zirə”nin tarixinə 102-ci futbolçu kimi düşüb. O, Premyer Liqada “qartallar”ın formasını geyinən 62-ci oyunçudur.

 

Mərkəz müdafiəçisi klubun tarixində 2-ci rumıniyalıdır. Onadək həmyerlisi Qabriel Matey “Zirə”nin şərəfini qoruyub. Cinah müdafiəçisi 2017/18 mövsümündə çempionatda 10, UEFA Avropa Liqasında 4 dəfə meydana çıxıb.

 

Cari mövsümün arxada qalan hissəsində daha 6 oyunçu “Zirə”də ilk matçını keçirib. Bunlar Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad, Budaq Nəsirov və Bilal Həmdidir.

Tarix: 24 Sentyabr [16:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio