Nəbiyevli "Slaviya"dan məğlubiyyət

18:12 - 24 Sentyabr 2018

Çexiyanın Gənclər Liqasında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimzin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Teplitse”yə 0-1 hesabı ilə uduzub.

 

Start heyətdə meydana çıxan Fərid 84-cü dəqiqədə əvəzlənib.

 

“Slaviya”nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti