UEFA Avropa Liqasında klubların sayını azaltmaqla bağlı qərar verdi

18:58 - 24 Sentyabr 2018

Yeni klub turniri yaratmağa hazırlaşan UEFA Avropa Liqasındakı iştirakçı sayında dəyişklik edəcəyini təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli məlumat verib. "Yuventus"un da prezidenti olan Anyelli 3-cü turnirin formatı üzrə çalışdırqlarını sözlərinə əlavə edib.

 

Çempionlar Liqasında isə klub sayı 32 qalacaq.

 

Yeni turnir 2021/22-ci illər mövsümündə start götürəcək. Bu yarışda 96 klubun iştirakı nəzərdə tutulub. Məhz həmin mövsümdən sonra Avropa Liqasında iştirakçı sayı 48-dən 32-yə düşəcək.

Xəbər xətti