İlin ən yaxşı futbolçusu məlum oldu

00:00 - 25 Sentyabr 2018

FIFA bu gün 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisinin adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Londonda keçirilən tədbirdə ən yaxşı futbolçu adına Xorvatiya millisinin və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

 

Ən yaxşı qapıçı adına "Real"ın və Belçika millisinin üzvü Tibo Kurtua layiq görülüb.

 

Ən yaxşı qol isə "Liverpul"un misirli futbolçusu Məhəmməd Salahın "Everton"a vurduğu qol seçilib.

 

Ən yaxşı baş məşqçi isə Fransaya dünya çempionluğu qazandıran Didye Deşam seçilib.

 

Ən yaxşı qadın futbolçu adına Braziliya millisinin və "Orlando"nun hücumçusu Marta layiq görülüb.

Xəbər xətti