İstanbul derbisində qalib müəyyənləşmədi VİDEO

00:57 - 25 Sentyabr 2018

Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, tura mərkəzi "Fənərbaxça" - "Beşiktaş" matçı ilə yekun vurulub. İstanbul derbisində qalib müəyyənləşməyib - 1-1.

 

Super Liqanlın turnir cədvəlinə 13 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" və "Kasımpaşa" 12 xalla 2-3-cü yerləri bölüşürlər. "Beşiktaş" 11 xalla 4-cü, "Fənərbaxça" isə 7 xalla 13-cü pillədə qərarlaşıb.

 

"Fənərbaxça" 1-1 "Beşiktaş"

Qollar: Andre Ayyu, 71 - Rayan Babel, 40

 

Xəbər xətti