Ramil Şeydayev yenə ehtiyatda qaldı

01:16 - 25 Sentyabr 2018

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda “Krasnodar”a 0:3 hesabı ilə uduzub.

 

Ramil sonadək ehtiyatda qalıb.

 

“Krılya Sovetov” 8 turdan sonra 7 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti