Super Liqa klubunda yeni baş məşqçi

11:13 - 25 Sentyabr 2018

Türkiyəni Avropa Liqasında təmsil edən “Akhisar” klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandanın "sükanı arxası"na Cihat Arslan keçib. 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Safet Suşiçi əvəz edib.

 

Qeyd edək ki, Cihat Arslan 2015/16 mövsümündə “Akhisar”da çalışıb. O, son olaraq, "Karşıyaka"da işləyib.

Xəbər xətti