"Astana" Qriqorçuku nəyə görə yollayıb?

14:44 - 25 Sentyabr 2018

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana"nın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmasını daha öncə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Konstantin Andriyuk Qriqorçukun "Astana"dan davranışlarına və klub rəhbərliyilə fikir ayrılığına görə qovulduğunu deyib: "Onun istefası ictimaiyyət tərəfindən qınanacağı üçün açıqlanmır. Onun ailə məsələsinə görə klubu tərk etdiyi deyilsə də, 53 yaşlı mütəxəssisin şəxsi həyatında işlər qaydasındadır. Onun istefası ilin sonuna kimi açıqlanacaq".

 

Qeyd edək ki, Qriqorçuk ötən mövsüm "Qəbələ"dən ayrıldıqdan sonra "Astana"ya keçmişdi.

Xəbər xətti