"Qarabağ" - "Arsenal" matçına neçə bilet satılıb?

15:53 - 25 Sentyabr 2018

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, matça 20 min bilet satılıb. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb.

 

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Xəbər xətti