"Mançester Siti" "Vulverhempton"un ulduzuna göz dikdi

18:11 - 25 Sentyabr 2018

İngiltərə Premyer Liqasının debütantı "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş sərgilədyi oyunla top klubların "radar"ına düşüb.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin üzvü "Mançester Siti"nin transfer hədəfindədir. Məlumata görə, 21 yaşlı futbolçu üçün "şəhərlilər" 65 milyon avro ödəməyə hazırdır. 

 

"Narıncı-qaralar" Neveşi 2017-ci ildə "Portu"dan 18 milyon avroya transfer edib.

 

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm 6 qarşılaşmada 1 qol vurub, 1 assist edib.

Xəbər xətti