Əmrə Mor əvəzedici komandaya göndərildi

18:32 - 25 Sentyabr 2018

Türkiyə millisinin futbolçusu Əmrə Mor "Selta"da əsas heyətə düşə bilmir.

 

Sportal.az xəbər verir ki, viqoluların baş məşqçisi Məhəmməd Antonio gənc vingeri komandadan uzaqlaşdırıb və əvəzedicilərə göndərib. Mütəxəssis intizamsız futbolçu kimi ad qazanan Əmrənin əvəzinə digər futbolçulara şans verməyi düşünür. 

 

Qeyd edək ki, Əmrə Mor bu mövsüm La Liqada 5 turdan sonra cəmi 1 oyun (38 dəqiqə) meydanda olub.

Xəbər xətti