Braziliya millisinin sabiq futbolçusu karyerasını başa vurdu

12:23 - 26 Sentyabr 2018

2003-cü ildən "Benfika"da çıxış edən braziliyalı müdafiəçi Luizao karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

Qeyd edək ki, 44 dəfə Braziliya millisində çıxış etmiş 37 yaşlı futbolçu "Benfika"ya 2003-cü ildə "Kruzeyro" klubundan keçmişdi.

Xəbər xətti