Ramiz Məmmədov: "Qarşıdan gələn hadisələri heç kəs qabaqlamasın" MÜSAHİBƏ

13:33 - 26 Sentyabr 2018

Mövsümə uğursuz başlayan "Keşlə" klubunun idman direktoru Ramiz Məmmədov Sportal.az saytına müsahibə verib.

 

- Sezar Meza Kolli, Adrian Skarlatake və Milan Bosançiç kimi legionerlər "Keşlə"dən ayrıldılar. Onların ayrılmasına səbbə nə oldu? Komandada maliyyə problemi hökm sürür?

- Heç bir maliyyə problemi yoxdu. Hər kəs qəpiyinə kimi maaşını alır. Hər şey stabil şəkildədi.  Onlarla qarşılıqlı razılıq əsasında müqavilələrinə xitam vermişik və problem yoxdu.

 

- Andre Klennonun da "Keşlə"dən ayrılacağı gözlənilir.

- Qarşıdan gələn hadisələri heç kəs qabaqlamasın. Bu, şayiədi. Mətbuatdan nəsə gizlətmirik. Klubdakı haidəsələri mətbuat xidmətimiz yayır. Gizlin işimiz yoxdu. Düzdü, son turda Klennon qırmızı vərəqə alıb. Buna görə də cəzasını alacaq. Futbolçulara tapşırırıq ki, meydanda artıq-əskik hərəkətlər etməyin. Kim edirsə, cəzalanır.

 

- Zaur Axundov komanda ilə söhbət edib?

- Zaur Axundov və baş məşqçimiz futbolçularla söhbət edirlər. İnanıram ki, qısa zamanda bu vəziyyətdən çıxa biləcəyik. Futbolçular da məsuliyyətin ağır olduğunu bilirlər. Onların bu uğursuzluğa son qoyacaqlarına inanırıq.

 

- Uğursuzluq davam etsə, Mladen Milinkoviçin gələcəyi necə olacaq?

- Onunla hər şey qaydasındadı. Zaur Axundov baş məşqçilərin arxasındadı və belə davam edəcək. Əgər hansısa yenilik olsa, bu barədə məlumat yayacağıq. Ola bilər ki, futbolçular baş məşqçini yaxşı tanımırlar. Amma "Neftçi" ilə oyunda düzgün yolda olduğumuzu gördük. Bu, uğurun başlanğıcıdı. Yavaş-yavaş yaxşı olacağıq.

Xəbər xətti