"Qarabağ" ən bahalı futbolçusunu havayı alıb

13:56 - 26 Sentyabr 2018

"Qarabağ"ın yay transfer dönəmində "Sportinq"dən heyətinə cəlb etdiyi Simeon Slavçevlə bağlı Portuqaliya mətbuatında yeni xəbər yayılıb.

 

Sportal.az xəbər verir ki, məlumatda qeyd edilir ki, Ağdam təmsilçisi Bolqarıstan millisinin üzvü üçün transfer haqqı ödəməyib. 24 yaşlı futbolçunu heyətdə düşünməyən Lissabon klubu onun gedişinə mane olmayıb. Belə olan halda Slavçev "Qarabağ"a azad agent statusu ilə qoşulub. Ağdamlılar ona yalnız imza pulu ödəyib.

 

Slavçev "Transfermark"da 1,1 milyon avro ilə "Qarabağ"ın ən dəyərli futbolçusu kimi göstərilir.

 

Qeyd edək ki, Slavçev "Sportinq"ə 2014-cü ildə keçib və klubda möhkəmlənə bilməyib. O, "Bolton", "Apollon" və "Lexiya" klublarında icarədə olub.

Xəbər xətti