"Zirə" "Qarabağ" önünə itkilərlə çıxacaq

14:35 - 26 Sentyabr 2018

Topaz Premyer Liqasında bu mövsüm qələbəyə həsrət qalan "Zirə" bu gün ilk turdan təxirə salınan "Qarabağ"la səfər oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunda itkilər var. Belə ki, Vüqar Mustafayev cəzalı olduğu üçün matçı kənardan izləməli olacaq. Müdafiəçi İlkin Qırtımov isə zədələnib. 27 yaşlı futbolçu "Qarabağ"a qarşı oynamayacaq.

 

Bundan əlavə, AFFA İntizam Komitəsi tərəfindən cəzalanan Samir Abasov da texniki zonada yer almayacaq.

 

Qeyd edək ki, sözügedən oyun bu gün saat 20:00-da start götürəcək.

Xəbər xətti