"Keşlə" yeni transferini rəsmən açıqladı

18:43 - 26 Sentyabr 2018

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yunanıstanlı futbolçu Georgios Georgiadis paytaxt təmsilçisi ilə mövsümün sonuna kimi 1 illik müqavilə imzalayıb.

 

30 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Panserraikos", PAOK, "Ermis" kimi klublarda forma geyinib.

Xəbər xətti