Başlayır…

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalara nəhayət, bu gün start verilir. U-16 Liqasında bu gün 1-ci turun oyunları keçiriləcək. Təəssüf ki, çempionatda nə qədər komandanın iştirak edəcəyi dəqiq bilinmir. Məsələ burasındadır ki, U-15 millimizin U-16 Liqasında çıxış edəcəyi gözlənilsə də, bu, oxuduğunuz xəbər hazırlananda hələ təsdiqini tapmamışdı. Güman ki, günün sonuna kimi hər şey məlum olacaq.

 

Eyni sözləri Gənclər Liqasında çıxış etməli olan U-17  millimiz haqqında da demək olar. Doğrudur, 8 komandanın çıxış etdiyi Gənclər Liqasında artıq, 1-ci tura yekun vurulub. U-17 millimizin iştirakı həllini taparsa, gələn turdan bu komanda sözügedən liqada mübarizəyə qoşuacaq.

 

U-15 və U-17 Liqalarına gəlincə, oyunlar şənbə-bazar günləri keçiriləcək və ilk turun təqvimi haqqında bir qədər sonra məlumat verəcəyik. Hələliksə, U-16 Liqasında açılış turunun oyunlarını nəzəriniə çatdırırıq:

 

27 sentyabr

 

12:00 «Zirə» - ROİL (Aviasiya Akademiyasının stadionu)
13:00 «Səbail» - «Sabah» (Bayıl Arena)
14:00 «Keşlə» - «Viləş» («ASK Arena», 4-cü meydan)
14:00 «Qarabağ» - İsgəndər Cavadov BFA («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Turan Tovuz» - «Neftçi» İK İB (Tovuz şəhər stadionu)
14:00 «Qəbələ» - Gəncə TİM (Qəbələ şəhər stadionu)
14:00 «Sumqayıt» - «Neftçi» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

 

"Het-trik news"

Tarix: 27 Sentyabr [10:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio