"Arsenal" kubokda mərhələ adladı VİDEO

10:31 - 27 Sentyabr 2018

İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Arsenal" səfərdə aşağı liqa təmsilçisi "Brentford"a 3-1 hesabı ilə qalib gəlib. "Topçular" qələbə sayəsində 1/8 finala adlayıb.

 

Qeyd edək ki, "Arsenal" sentyabrın 29-da Premyer Liqada "Uotford"u qəbul edəcək, oktyabrın 4-də isə "Qarabağ"ın qonağı olacaq.

 

"Arsenal" 3-1 "Brentford"

Qollar: Denni Uelbek, 5, 37, Aleksandr Lyakazett, 90 - Alan Cudce, 58

 

Xəbər xətti