"Real"da daha bir itki

17:32 - 27 Sentyabr 2018

“Real” növbəti ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Marselo səradan çıxıb. Braziliyalı futbolçu La Liqanın 6-cı turunda “Sevilya” ilə səfər matçında (3-0) zədələnib. Onun hansı müddətə sıradan çıxdığı məlum olmasa da, həftəsonu oynanılacaq “Real” - “Atletiko” matçında iştirak etməyəcəyi qeyd edilib.

 

Qeyd edək ki, “Real” daha öncə yarımmüdafiəçisi İskonun əməliyyat olunacağını açıqlamışdı.

Xəbər xətti