Poqba qərarını verdi: "Mançester Yunayted"dən gedir

16:04 - 27 Sentyabr 2018

"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın komandan baş məşqçisi Joze Mourinyo ilə münasibətləri qaydasında getmir.

 

Sportal.az xəbər verir ki, kapitanlıqdan məhrum olan və məşq zamanı Mourinyonun sərt təpkisini alan fransız ulduz klubdan ayrılmaq qərarı verib. İngiltərə mətbuatında yer alan məlumata görə, Mourinyonun xarakterindən bezən 25 yaşlı futbolçu bu yay klubu tərk etmək istəsə də, rəhbərlik onun qarşısını kəsmişdi. Xəbərdə Poqba ilə "Yuventus" və "Barselona"nın maraqlandığı qeyd edilib.

 

Qeyd edək ki, Poqba 2016-cı ildə "qırmızı şeytanlar"a 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer olmuşdu. Onun illik maaşı 12 milyon avrodur.

Xəbər xətti