"Arsenal"ın müdafiəçisi "Qarabağ"la oyun ərəfəsi geri döndü

18:10 - 27 Sentyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"da itkilər var.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda "Everton"la matçda zədələnən Sokratis Papastatopulosun oktyabrın 4-də "Qarabağ"la oyunda çıxış etməyəcək. Fransalı stopper Loran Koselni və ingiltərəli cinah müdafiəçi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaq.

 

Erməni yarımmüdafiəçi Henrix Mxitaryan zədəsini sağaldıb. O, ötən gün kubok matçında "Brentford"a qarşı oynayıb.

 

"Topçular"ın bosniya və herseqovinalı müdafiəçisi Sead Kolaşinaç geri dönüb. O, məşqlərə başlayıb. Lakin 25 yaşlı futbolçunun "Qarabağ"a qarşı oynayıb-oynamayacağı bəlli deyil.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Xəbər xətti