“Zirə”də 10-cu dubl

"Zirə"nin futbolçusu Mirsahib Abbasov klubun heyətində ilk dubluna imza atıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınan “Qarabağ”la səfər matçında fərqlənib. Hücumçu 27 dəqiqəyə 2 qol vurub. Bu, “Zirə”nin tarixində 17-ci, Premyer Liqada isə yubiley - 10-cu dubldur.

 

Mirsahib ölkə çempionatının yüksək dəstəsində bir matçda 2 top vuran 7-ci “Zirə”li futbolçudur. Onadək Nelson Bonilya 3, Təmkin Xəlilzadə 2, Sezar Meza Kolli, Gerhard Proqni, Vüsal İsgəndərli və Luis Alberto Diez hərəyə 1 dubla sevinmişdi.

 

“Qartallar”ın heyətində ən çox dublun müəllifi olan Bonilya həm də ilk belə hadisənin müəllifidir. İlk dubl 2015-ci oktyabrın 28-də “Kəpəz”lə görüşdə (2:2) qeydə alınıb.

 

Amma bu oyunçulardan yalnız ikisi - Luis və Vüsal meydana sonradan daxil olub və rəqib qapısına 2 top vurub. Bir sözlə, Mirsahib “Zirə”nin Premyer Liqa tarixində start heyətində yer almayan, amma dubl edən 3-cü futbolçudur.

Tarix: 27 Sentyabr [19:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio