Kamal Mirzəyev “Zirə”də 103-cü oldu

00:51 - 28 Sentyabr 2018

Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınan “Qarabağ” - “Zirə” oyunu (3:2) daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Kamal Mirzəyev "qartallar"ın heyətində ilk matçını keçirib. 24 yaşlı yarımmüdafiəçi “Zirə”nin tarixinə 103-cü futbolçu kimi düşüb. O, Premyer Liqada komandanın heyətində meydana çıxan 63-cü oyunçudur.

 

Kamal debütü cari mövsümə təsadüf edən 7-ci futbolçu olub. Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad və Budaq Nəsirov 2-ci turun “Keşlə” (2:2), Bilal Həmdi 3-cü turun “Sabah” (0:1), Adrian Skarlatake 5-ci turun “Neftçi” (1:2) oyununda debüt şansı qazanıb.

Xəbər xətti