Özil Bakıda yubiley oyununa çıxa bilər

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ"la oyunu "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil üçün əlamətdar ola bilər.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli alman yarımmüdafiəçi Ağdam klubuna qarşı oynasa, bu, onun avrokuboklarda 100-cü qarşılaşması kimi tarixə keçəcək.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də saat 20:55-də başlayacaq.

Tarix: 28 Sentyabr [14:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]u | site by Five studio