"Zirə" və "Səbail"in legionerləri milliyə dəvət aldılar

16:56 - 28 Sentyabr 2018

"Zirə”nin hücumçusu Aleksandr Dedov  və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb. Hər iki iyunçu UEFA Millətlər Liqasının D Divizionun II qrupunda San Marino və Belarusla keçiriləcək görüşlər üçün yığmaya çağırılıblar.

 

2 turdan sonra 1 xalı olan Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla qarşılaşacaq.

Xəbər xətti