Tomas Müller: "AÇ-2024 son turnirim olacaq"

17:12 - 28 Sentyabr 2018

"Bavariya"nın və Almaniya millisinin üzvü Tomas Müller ölkəsinin 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcəyi elan edildikdən sonra sosial şəbəkə hesabında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hücumçu AÇ-2024-ün onun üçün son turnir olacağını qeyd edib.

 

Qeyd edək ki, Müller 2010-cu ildən Almaniya millisində oynayır. 29 yaşlı futbolçu 96 qarşılaşmada 38 qol vurub.

Xəbər xətti