"Qalatasaray" Şehiçin komandasını yeganə qolla məyus etdi VİDEO

12:48 - 29 Sentyabr 2018

Türkiyə Super Liqasında 7-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray" evində "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi "Ərzurumspor"u qəbul edib. Görüş meydan sahiblərinin 1-0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Super Liqanın turnir cədvəlinə 15 xalla 1 oyun çox keçirən "Qalatasaray" başçılıq edir. "Başakşəhər" 13 xalla 2-cidir. "Ərzurumspor" isə 2 xalla sonuncu - 18-ci yerdədir.

 

"Qalatasaray" 1-0 "Ərzurumspor"

Qol: Maykon, 74

 

Xəbər xətti