Millimizin sabiq üzvü həvəskarlar liqasında

14:52 - 29 Sentyabr 2018

Almaniyanın II Bundesliqa təmsilçisi "Duysburq"dan ayrılan millimizin sabiq üzvü Tuğrul Eratın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Almaniyanın 5-ci divizionunda mübarizə aparan "Ştralen" klubu ilə müqavilə imzalayıb.  O, mövsümün sonuna qədər həvəskarlar liqasında çıxış edən Oberliqa təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Tuğrul Erat U-21 və əsas millimizin üzvü olub.

Xəbər xətti