"Neftçi"nin məşqçisi: "Fərq böyük olsa da, çətin oyun oldu"

21:35 - 29 Sentyabr 2018

“Neftçi”nin məşqçisi Fizuli Məmmədov Topaz Premyer Liqasının VI turunda "Səbail”i 4-0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, gənc məşqçi öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Hesab arasındakı fərq böyük olsa da, çətin oyun oldu. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futbolçularımız verilən tapşırıqları yerinə yetirdilər. Yanımızda olan azarkeşlərə, zəhməti keçən hər kəsə baş məşqçimiz və məşqçilər korpusumuz adından təşəkkür edirəm.

 

- Rəhman Hacıyevlə Namiq Ələsgərovda əsas heyətə düşmək üçün nə çatmır?

- Onlar bizim üçün çox dəyərli futbolçulardır. Namiq zədədən yeni qayıdıb, oyun təcrübəsi azdır. İstəyirik ki, formalarını bərpa etsinlər və əsas heyətə düşə bilsinlər. Hər iki bacarıqlı futbolçudur və inanırıq ki, əsas heyətə düşə biləcəklər. 

 

- Top daha çox rəqib müdafiəçilərin arxasına atılırdı. Bu, baş məşqçinin tapşırığı idi?

- Bu həftə hazırlıqlarımız belə keçib. Uşaqlar verilən tapşırığı maksimum yerinə yetirdilər. 

 

- Mirabdulla Abbasov meydanda olanda “Neftçi”nin işi asanlaşırmı?

- Belə deyək, Mirabdulla yaxşı formadadır. “Keşlə” ilə oyuna sonradan meydana daxil oldu və komandaya köməklik etdi. Lazım olan zaman Mirabdullaya, lazım olan vaxt Karikariyə şans veririk.

 

- Roberto Bordin oyuna müdaxilə edirdi?

- O, bizə yaxın oturmuşdu, bütün tapşırıqları verirdi. Bütün əvəzetmələri onun sifarişi ilə etdik. 

Xəbər xətti