"Çelsi" "Liverpul"la bərabərə qaldı VİDEO

00:30 - 30 Sentyabr 2018

İngiltərə Premyer Liqasında 7-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" öz meydanında "Liverpul"la qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.

 

Premyer Liqanın turnir cədvəlinə 19 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik olan "Liverpul" 2-ci, "Çelsi" 17 xalla 3-cüdür. "Tottenhem"lə "Arsenal" 15 xalla 4-5-ci yerləri bölüşürlər.

 

"Çelsi" 1-1 "Liverpul"

Qollar: Eden Hazard, 25 - Daniel Starric, 89

 

Xəbər xətti