"Arsenal" "Qarabağ"la oyundan öncə qələbə qazandı VİDEO

00:48 - 30 Sentyabr 2018

İngiltərə Premyer Liqasında 7-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Arsenal" öz meydanında "Uotford"la qarşılaşıb və 2-0 hesablı qələbə qazanıb.

 

Premyer Liqanın turnir cədvəlinə 19 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik olan "Liverpul" 2-ci, "Çelsi" 17 xalla 3-cüdür. "Tottenhem"lə "Arsenal" 15 xalla 4-5-ci yerləri bölüşürlər.

 

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda görüşəcək.

 

"Arsenal" 2-0 "Uotford"

Qollar: Kryeq Katkart, 81 (avtoqol), Məsut Özil, 83

 

Xəbər xətti