Paşayev 90 dəqiqə oynadı, komandası səfərdə qalib gəldi

12:19 - 30 Sentyabr 2018

Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə Donetsk “Olimpik”ini 3:2 hesabı ilə məğlub edib.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Aleksandriya” Premyer Liqanın turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti