Azər Əliyev oynadı, komandası qalib gəldi

15:51 - 30 Sentyabr 2018

Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” doğma meydanda “Yenisey”i qəbul edib və 2-1 hesablı qələbə qazanıb.

 

Azər oyunun 85-ci dəqiqəsində meydana daxil olub.

 

“Ufa” Premyer Liqanın turnir cədvəlində 8 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti