Vüqar Əsgərovdan dubl, komandası daramdağına sevindi

16:45 - 30 Sentyabr 2018

Latviya Birinci Liqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” “JDFS Alberts”i doğma meydanında 4-0 hesabı ilə darmadağın edib.

 

Vüqar 58-ci dəqiqədə meydana daxil olub. O, 72 və 82-ci dəqiqələrdə fərqlənərək, dubla imza atıb. Çempionatın bombardiri olan millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.

 

“Dauqavpils” 19 turdan sonra 49 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.

Xəbər xətti