Mladen Milinkoviç: "Bizdə hücum xəttində seçim geniş deyil"

"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının VI turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.

 

- Çox yaxşı, maraqlı oyun oldu. Meydanda hər iki komandanın ifasında yaxşı temp vardı. İlk hissədə istədiyimiz, strategiyamıza uyğun oynadıq. Təəssüf ki, bəzi epizodlarda qol vura bilmədik. Bu, təkcə bizim üçün yox, “Qəbələ” üçün də vacib matç idi. Planımız tez qol vurmaq və rəqibə geniş imkanlar verməmək idi. Buna uyğun erkən hesabı açdıq. Fikrim belədi ki, “Qəbələ” ilk hissədə elə də təhlükəli vəziyyətlər yratmadı. İkinci hissədə qapıçımız Kamran Ağayev yaxşı oynadı. Qırılma anı Amil Yunanovun 2-ci qolu vura bilməməyi oldu. Onda hesab 2:0 olardı və Bakıya 3 xal aparardıq. Komandamı təbrik etmək istəyirəm. Futbolçular yaxşı oynadılar və qələbəyə cəhd etdilər. Yeni transferimiz vardı, o da yaxşı idi. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq.

 

- Amil Yunanovu uzun fasilədən sonra əsas heyətdə meydana buraxdınız. Bu seçim məcburiyyətlə bağlı idi, yoxsa hücumçu özünü məşqdə yaxşı göstərmişdi? Amili əvvəl start heyətində oynatmadığınıza görə peşman deyilsiniz?
- Amil yaxşı futbolçudu. Bildiyinzi kimi, Andre Klennon cəzalı idi və Yunanovu buraxdım. Bizdə hücum xəttində seçim geniş deyil. Optimal komanda yaratmağa çalışırıq. Azər Salahlı, Slavik Alxasov çox yaxşı oynayır. Onların meydandakı mövqelərini dəyişsək də, komandanın mənzərəsinə mənfi təsir göstərmirlər.


- Avroapadan gəlmiş bir mütəxəssisin ilk dəfə olduğu Qəbələdəki şərait haqda təəssüratları necədi?
- Təəssüratım əladı. Serbiyada milli komandamızın bu qədər meydançası, oteli, infrastukturu var. Eləcə də “Partizan”ın. “Qəbələ”nin məşqçisi, həmyetlim Miloş Yevtiçlə zarafat edirəm ki, belə şəraitiniz var, niyə burda məşq etmirisiniz? Bütün futbolçular bu meydançadan həzz aldılar və əsl futbol ab-havasını hiss etdilər (sport24.az).

Tarix: 30 Sentyabr [22:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio