Mövsümün rekordu "Əlincə Arena"da reallaşdı FOTOLAR

10:55 - 1 Oktyabr 2018

Topaz Premyer Liqasında 6-cı turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, 8-ci km stadionunda "Neftçi" ilə "Səbail" arasında baş tutan açılış oyununu (4:0) 1200 nəfər izləyib. Turun ən yüksək nəticəsi isə "Əlincə Arena"da qeydə alınıb. Adıçəkilən stadionda keçirilən "Sabah" - "Qarabağ" (0:2) matçını 4500 azarkeş izləyib. Bu, mövsümün ən yaxşı nəticəsi kimi qeydə alınıb.

 

Qəbələdə reallaşan "Qəbələ" - "Keşlə" (1:1) qarşılaşmasını 500, "Bayıl Arena"da keçirilən "Sumqayıt" - "Zirə" qarşılaşmasını isə 700 azarkeş stadiondan izləyib.

 

Beləliklə, 6-cı turda 6900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1725 fanat deməkdi. Bu nəticə mövsümün ən yaxşı göstəricisidi.

 

Image may contain: 2 people, crowd

undefinedImage may contain: 38 people, people standingImage may contain: one or more people, stadium and outdoor

Xəbər xətti