Namiq Ələsgərov 100-ə çatdı

Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.

 

Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.

Tarix: 1 Oktyabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio