Mövsümün ən böyük hesablı nəticəsi

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ən böyük hesabı qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu, 6-cı turun “Neftçi” - “Səbail” qarşılaşmasına təsadüf edib. 4:0 hesabı ilə qalib gələn meydan sahibləri cari mövsümdə dörd və ya daha çox top fərqilə qələbə qazanan ilk komanda olub.

 

Mövsümün arxada qalan hissəsində qeydə alınan böyükhesablı nəticələrin hamısında 3 top fərqi gerçəkləşmişdi. “Qəbələ” “Səbail”i 3:0, “Sumqayıt” “Sabah”ı, “Qarabağ” isə “Qəbələ”ni eyni - 4:1 hesabı ilə üstələmişdi.

 

“Neftçi” “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”dan sonra böyükhesablı qələbə qazanan 4-cü komanda olub. “Səbail” isə 2-ci dəfə ağır məğlubiyyət almaqla “Sabah” və “Qəbələ”ni keçib.

Tarix: 1 Oktyabr [16:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio