Bəxtiyar Həsənalızadə 150-yə çatdı

17:35 - 1 Oktyabr 2018

"Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə Premyer Liqada 150-ci oyununu keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Zirə” qarşılaşması müdafiəçi Bəxtiyar Həsənalızadə üçün əlamətdar olub. Belə ki, 14 nömrəli futbolçu Premyer Liqada 150-ci oyununu keçirib.

 

2011/12 mövsümündən etibarən “Sumqayıt”ın şərəfini qoruyan Həsənalızadənin yubileyi 7-ci mövsümündə gerçəkləşib.

 

Bəxtiyar meydana çıxdığı 150 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər xətti