Ərdoğandan AÇ-2024 açıqlaması: "Artıq məsrəfdən xilas olduq"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AÇ-2024-ün ev sahibliyinin Türkiyəyə deyil, Almaniyaya verilməsinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Ərdoğan UEFA-nın bu qərarına təəccüblənmədiyini deyib:

 

"Açıq danışacaq, çox da əhəmiyyət vermədim. Bu, həmişə belə olur. Həmişə Türkiyəyə gələndə bəhanələr tapılır. Bizim təşkilatçılığımız, stadionlarımız Almaniyadan heç də geri qalmır. Müasir və rahat stadionlarımız, bazarlarımız var. Xeyirlisi olsun. Biz də artıq məsrəfdən xilas olduq".

 

Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına Türkiyə və Almaniya namizəd idilər. Səsvermədə Almaniya qalib olub.

Tarix: 1 Oktyabr [19:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2019
16  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio