"Arsenal" Bakıya nə vaxt gələcək?

00:34 - 2 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal”ın Bakı planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, londonlular oktyabrın 3-ü, saat 17:20-də Bakıya gələcək. "Topçular" həmin gün Bakı Olimpiya Stadionunda son məşqə çıxacaqlar. Qarşılaşmadan dərhal sonra İngiltərə klubu Londona uçacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü, saat 20-55-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti